İpək Yolu ölkələri vahid sadələşdirilmiş viza sisteminin tətbiqi məsələsini sürətləndirib

İpək Yolu ölkələri Şengen vizasının analoqu olan vahid sadələşdirilmiş viza sisteminin tətbiqinin gercəkləşdirilməsi üçün aparılan işləri daha da sürətləndirib. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Ümumdünya Turizm Təşkilatının İpək Yolu proqramının rəhbəri Alla Peresolova deyib.
Onun sözlərinə görə, ÜTT-nin baş direkporu Taleb Rifai bu məsələni ölkələrin rəhbərlikləri arasında təbliğ edir.
Vahid viza sisteminin tətbiqinin nə zamandan başlanacağını deyə bilməyən Peresolova hazırda bununla əlaqədar danışıqlar aparıldığını söyləyib.
Peresolova deyib ki, İpək Yolu ölkələri üçün vahid sadələşdirilmiş viza sisteminin tətbiqinin iqtisadi səmərəsini araşdırıblar. Araşdırmanın nəticəsində belə qənaətə gəlinib ki, sadələşdirilmiş viza sisteminin tətbiqi ölkələrə turist axınını artırmaqla yanaşı, turizm sənayesinin inkişafına da təsir göstərəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO