Parisdə Xocali faciəsi ilə bağlı aksiya keçirilmişdir

23 fevral 2013 cu il tarixinde Parisdə fəaliyyət göstərən Azərbaycan evi Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar paytaxtın məşhur Monmart təpəsi yaxınlığındakı meydanda aksiya keçirmişdir. Meydana toplaşan yüzlərlə soydaşımız əllərində Azərbaycan və Fransa bayraqlarını,erməni qaniçənliyini pisləyən transparantlar tutmuş, Xocalının dinc sakinlərinə qarşı ermənilərin törətdikləri vəhşilikləri pisləyən şüarlar səsələndirmişlər.
Azərbaycan evinin sədri Mirvari Fətəliyeva Fransa rəsmlərinə və şəhər ictimaiyyətinə ünvanlanan müracətin mətnini oxumuşdur.
Müraciətdə fevralın 25-dən 26-na keçən gecə Sovet ordusunun 336-cı motoatıcıdiviziyasının köməyi ilə Xocalıya hücum edən erməni silahl birləşmələrinin dinc əhaliyə vəhşicəsinə divan tutduqları,çoxlusayda qadın, uşaq və ahıl insanı qətlə yetirdikləri, minlərləazərbaycanlının əsir götürüldüyü, “Humun Rights Watch ” insan haqları üzrə beynəlxalq təşkilatın bu faciəni münaqişənin ən böyük soyqırım adlandırdığı öz əksini tapmışdır.
Aksiya zamanı parislilərə və qonaqlara Xocalı soyqırımından bəhs edən broşürlar və vərəqələr paylanmış, balaca soydaşlarımız tərəfindən müdhiş gecədəermənilər tərəfindən amasızlıqla qətlə yetirilən uşaqların adları yazılanşarlar havaya buraxılmışdır.
Tedbir kecirilen meydanda Xocali ushaqlarin gozu ile resm eserleri elece de dunya metbuatinda xocali soyqirimi haqqinda derc olunmush materiallar sergilenmishdir.
İki saat davam edən aksiya sakit şəraitdəbaşa çatmışdır

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO