Parisdə “Azərbaycan təamları” layihəsinin ilk təqdimatı keçirilib

Paris Azərbaycan Evinin aylıq layihələri çərçivəsində “Azərbaycan təamları” layihəsinin ilk təqdimatı keçirilib. Paris Azərbaycan Evindən APA-ya verilən məlumata görə, Azərbaycan Evi və yerli fransız təşkilatları arasında nəzərdə tutulmuş bu silsilə tədbirin ilk qonağı 500-dən artıq üzvü olan Paris Qarşılıqlı Əlaqə (ACP) təşkilatı olub.

Öncə qonaqları Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva salamlayaraq Azərbaycan mədəniyyəti haqqında söhbət açıb. Sonra layihə rəhbəri Jalə Babayevanın təqdimatı ilə Azərbaycanın zəngin mətbəxinin ləziz təamlarından olan paxlavanın hazırlanma qaydası göstərilib. Çay süfrəsi ətrafında davam edən tədbir qonaqlarda Azərbaycan haqqında xoş təəssürat və maraq oyadıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO