Ottavada seminar keçirilib


Ottavanın Karlton Universitetində (Carleton University) “Xəzər hövzəsində enerji siyasəti və əməkdaşlıq potensialı: Türkiyə, Azərbaycan və Kanada perspektivləri” (Energy Politics and Cooperation Potential, Caspian Basin: Turkey, Azerbaijan and Canada Perspectives) adlı seminar keçirilib. Tədbir Karlton Universiteti nəzdində fəaliyyət göstərən Müasir Türkiyə Araşdırmaları Mərkəzinin təşəbbüsü ilə təşkil edilib.
Azərbaycanın Kanadadakı səfirliyindən Trend-ə verilən məlumata görə, seminar çərçivəsində Azərbaycan və Türkiyənin Kanadadakı səfirləri, habelə Kanadanın müxtəlif elmi-tədqiqat mərkəzlərinin nümayəndələri çıxış ediblər.
Tədbirdə “Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsi” (Azerbaijan’s Contribution to Energy Security) mövzusunda təqdimatla çıxış edən Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev ölkəmizin həyata keçirdiyi enerji strategiyası haqqında məlumat vermiş, qeyd olunan sahədə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən mühüm layihələrdən danışıb.
Səfir öz çıxışında Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və Xəzər hövzəsindən Avropa ölkələrinə enerji daşıyıcılarının çatdırılmasında Azərbaycanın vacib rolu, o cümlədən ölkəmizin fəal iştirakı və dəstəyi ilə inşa edilən, enerji daşıyıcılarının nəql edilməsini nəzərdə tutan müvafiq layihələr barədə ətraflı məlumat verib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO