«OBAMA MÜSƏLMAN ÖLKƏLƏRİNDƏN BİRİNƏ SƏFƏR EDƏCƏK»

«OBAMA MÜSƏLMAN ÖLKƏLƏRİNDƏN BİRİNƏ SƏFƏR EDƏCƏK»«Turan» ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsinin məqaləsini yayıb. «İslam dünyasına əl uzadaraq» sərlövhəli yazıda diplomat prezident Barak Obamanın andiçmə mərasimində dediyi «Müsəlman aləmi üçün biz qarşılıqlı maraq və hörmət əsasında irəliyə aparan yeni yol axtarışındayıq» sözlərinə sadiq olduğunu vurğulayıb. Yeni administrasiyanın «dünyada mənfi rəmzə çevrilən» Quantanamo saxlama məntəqəsini bağlamaq üçün addımlar atdığını, Amerikanın ən mötəbər dövlət xadimlərindən olan keçmiş senator Corc Mitçelı Yaxın Şərq, diplomat Riçard Holbruku isə Əfqanistan/Pakistan üzrə xüsusi səfir olmağa dəvət etdiyini xatırladan səfir Obamanın prezidentliyinin ilk 100 günü ərzində müsəlman ölkələrindən birinə səfər edəcəyini deyib. Səfirin fikrincə, prezident Obama Amerika ilə islam dünyası arasında körpü yolunu oynamaq üçün çox münasib şəxsdir: «Afrika mənşəli atanın və Kanzaslı ananın oğlu olaraq o öz uşaqlığı haqqında bəhs edəndə, tez-tez İndoneziyanı, dünyada ən çox müsəlman əhalisi olan ölkəni xatırlayır. O, amerikalılara öz müsəlman qohumlarını, Şərqlə Qərbin, Cənubla Şimalın kəsişməsində olan irsini yada salır». E.Dörsi daha sonra yazır: «Amerika Birləşmiş Ştatları Azərbaycanla yanaşı çalışaraq ekstremist və nifrətlə daşıyan ideologiyalarla mübarizə aparır. Kosovodan İraqa və Əfqanistana kimi bizim qoşunlar çətinliklərlə üzləşən xalqlara sülh və ədalət qurmaqda kömək edir. İslam Konfransı Təşkilatında müqəddəs islamın adından ekstremist planları naminə istifadə edənləri ifşa etmək üçün biz birgə mövqe nümayiş etdirmişik».

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO