Nazir müavini: “Azərbaycanda yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni tərbiyə müəssisəsi inşa olunacaq”

“Bu gün Azərbaycanda azadlıqdan məhrum edilən 49 yetkinlik yaşına çatmayan məhkum var. Yetkinlik yaşına çatmayan məhkumlar Azərbaycanda ümumi məhkumların cəmi 2 faizini təşkil edir”. APA-nın xəbərinə görə, bunu ədliyyə nazirinin müavini Toğrul Musayev bildirib.

Milli Məclisdə Azərbaycanda 2009-cu ilin “Uşaq İli” elan olunması və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin 20 illiyinə həsr olunan beynəlxalq konfransda çıxış edən nazir müavini deyib ki, 2009-cu ilin 6 ayı ərzində 22 yetkinlik yaşına çatmayan şəxs azadlıqdan məhrum edilib.

Yetkinlik yaşına çatmayanların Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tərbiyə müəssisində saxlandıqlarını qeyd edən T.Musayev, Azərbaycanda yetkinlik yaşına çatmayanlar üçün müasir standartlara uyğun yeni tərbiyə müəssisəsi inşa olunacağını, müəssisənin indiki binasının isə ləğv olunacağını açıqlayıb.

Nazir müavini deyib ki, digər ölkələrlə müqayisədə Azərbaycanda yetkinlik yaşına çatmayan məhkumların sayı daha azdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO