Naxçıvanda 4 saylı Dairə Seçki Komissiyasının yeni inzibati binası istifadəyə verilib

Naxçıvan şəhərində 4 saylı Dairə Seçki Komissiyasının yeni inzibati binası istifadəyə verilib. APA-nın yerli bürosunun məlumatına görə, 2 mərtəbə və zirzəmi qatından ibarət binada katib, komissiya üzvləri, deputat köməkçiləri və müşahidəçilər üçün 17 otaq inşa olunub. Paytaxtın seçki məntəqələrini əhatə edən seçki dairəsi şəffaf seçki qutuları, barmağa vurulan mürəkkəb və onu aşkar edə biləcək dedaktorlarla təmin olunub.
4 saylı Dairə Seçki Komissiyası paytaxtda 37 seçki məntəqəsini əhatə edir. Bu məntəqələrdə 42 min 93 nəfər səs verəcək. Qeyd edək ki, seçki günü Naxçıvan Muxtar Respublikasında 7 seçki dairəsi üzrə 316 seçki məntəqəsi fəaliyyət göstərəcək. İndiyədək bütün seçki dairələri üçün müasir binalar istifadəyə verilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO