NATO-nun baş katibi Yaap de Xoop Sxeffer oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkisinin nəticələrilə bağlı bəyanat yayıb. «Turan»ın məlumatına görə, baş katib bəyanatında bildirib: «Mən ATƏT, Avropa Şurası, Avropa Parlamentindən olan beynəlxalq müşahidəçilərin hesabatlarında göstərdiyi, 2008-ci il oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkisinə aid mütərrəqi cəhətləri alqışlayıram. Azərbaycan bu uğurlardan istifadə etməli və qeyd olunan çatışmazlıqları aradan qaldırmalıdır. Azərbaycan NATO-nun uzunmüddətli və qiymətli tərəfdaşıdır və biz dialoqun, əməli əməkdaşlığın və islahatlara bizim dəstəyimizin davam etməsini və gücləndirilməsini gözləyirik».