Namizədlərdən ən yaşlısı və ən cavanı kimdir?

Onların arasında yubilyarlar da var

Oktyabrın 15-də keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərdən ən yaşlısı və ən cavanının kim olduğunu bilmək maraqlıdır. Lent.az-ın məlumatına görə, namizədlərdən ən yaşlısı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdir. Bu il aprel ayının 16-da Hacıyevin 52 yaşı tamam olub. Ən gənc namizəd isə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevdir. ALDP sədri H.Hacıyevdən düz 14 yaş kiçikdir, onun 38 yaşı aprelin 4-də tamam olub. Hazırkı prezident, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin dekabrın 24-də 47 yaşı tamam olacaq. İ.Əliyev ən yaşlı namizəddən 5 yaş kiçik, ən gənc namizəddən isə 9 yaş böyükdür. Ümid Partiyasının sədri İqbal Ağazadənin isə düz 40 yaşı var. O, yubileyini 10 gün əvvəl, sentyabrın 17-də qeyd edib. Namizədlərdən iki nəfəri – BAXCP sədri Qüdrət Həsənquliyev və BQP sədri Fazil Qəzənfəroğlu yaşıddır, onların hər ikisi 1965-ci ildə anadan olub. Q.Həsənquliyevin 43 yaşı yanvarın 29-da tamam olub, F.Qəzənfəroğlu isə ad gününü seçkidən 4 gün sonra, oktyabrın 19-da qeyd edəcək. AXCP Ali Məclisinin sabiq sədri Qulamhüseyn Əlibəyli isə ən yaşlı namizəddən 2 yaş kiçik, ən gəncindən isə 10 yaş böyükdür. Cənab Əlibəylinin 50 yaşı var.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO