Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana yeni tövsiyələr verib

Bu barədə ÜST-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Nümayəndəlikdən bildirilib ki, bu tövsiyələr ÜST-nin Avropa Regional Bürosunun iki nümayəndəsinin fevral ayında Azərbaycana olan səfərinin nəticəsində hazırlanıb.

Ekspertlər tövsiyələrində Azərbaycanda kəşfiyyatçı epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə respublika üzrə tibbi məntəqələrin sayının artırılmasını təklif ediblər. Hazırda Səhiyyə Nazirliyində bu tövsiyələr müzakirə edilir.

Qeyd edək ki, ekspertlər Azərbaycanda səfərdə olduqları müddətdə Bakı, Mingəçevir, Sumqayıtda qripə epidemioloji nəzarət edən tibb məntəqələrindəki vəziyyətlə tanış olublar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO