Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərginləşib, ermənilər atəşkəs rejimini sutkada 98 dəfə pozublar

Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərginləşib, ermənilər atəşkəs rejimini sutkada 98 dəfə pozublarMüdafiə Nazirliyi bildirir ki, ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 98 dəfə atəşkəs rejimini pozublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Noyemberyan rayonunun Dovex, Berdavan, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Qaymaqlı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Həmçinin Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri intensiv olaraq atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO