Müsəlman cəmiyyətlərinin müsbət səylərinin birləşdirilməsi dini sahədə həmrəylik üçün vacibdir

Dini cəmiyyətimizdə sülh və həmrəylik üçün vacib şərt müsəlman cəmiyyətlərinin müsbət səylərini, onların dövlət strukturlarında və beynəlxalq təşkilatlarda real qarşılıqlı faəliyyətlərinin birləşdirilməsidir. Trend-in məlumatına görə, bu barədə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev çərşənbə axşamı Bakıda keçirilən “MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır” mövzusunda beynəlxalq elmi-praktik konfransında deyib.
“Bu forum artıq bir neçə il ərzində MDB-nin islam icmalarının qarşılıqlı faəliyyətinin möhkəmləndirilməsində əhəmiyyətli hadisədir. Forum dinlərarası və mədəniyyətlərarası dialoqun dərinləşdirilməsinə yönəldilib. MDB xalqları arasında qarşılıqlı anlaşmaya yardım edir”, – Lebedev qeyd edib.
Onun sözlərinə görə, ölkələrimizin xalqlarını böyük tarixi keçmiş, dini və mədəni ənənələr birləşdirir.
“Buna görə də bizim ümumi evimizdə birgə səylərlə sülh və həmrəyliyi möhkəmləndirmək üçün yaxşı zəmin var. Əminik ki, mövcud konfrans da bu məqsədlərə xidmət edəcək”, – o qeyd edib.
Lebedevin sözlərinə görə, MDB İcraiyyə Komitəsi Birlik ölkələrinin müsəlmanlarının sülh və sabitliyin möhkəmləndirilməsi üzrə plan və niyyətlərini tam dəstəkləyir, həmçinin bu istiqamətdə birgə işə hazırdır.
Qeyd edək ki, bu gün Bakıda “MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.
İclasda Azərbaycandakı dini konfessiya nümayəndələri, hökumət və parlament üzvləri, elm və mədəniyyət xadimləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri iştirak edirlər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO