Milli Qəhrəman Çingiz Mustafayevin doğum günü münasibətilə dj-lərin festivalı keçirilib.

Bakıda Milli Qəhrəman Çingiz Mustafayevin doğum günü münasibətilə “Çingiz Mustafayevin disko mərkəzinə qayıdış” adlı dj-lərin festivalı keçirilib.APA-nın məlumatına görə, festival ANS Şirkətlər Qrupuna daxil olan ANS ÇM radiosu, dünyaca məşhur İsveçrə saat brendi “Swatch” və onun Azərbaycandakı rəsmi təmsilçisi VMF Şirkətinin təşkilatçılığı ilə baş tutub. Gecədə bildirilib ki, Çingiz Mustafayev kimi insanları “hərtərəfli dahi” adlandırırlar. Həqiqətən də bu şəxsin qabiliyyət və maraqları çox şaxəli idi. Azərbaycanda məktəblidən tutmuş ağsaqqala kimi hamı Çingizi cəbhə bölgəsinin yorulmaz və fədakar jurnalisti, həqiqi vətənpərvər kimi tanıyırdı. Hamı Çingizi həqiqət, vicdan, şərəf və azadlıq carçısı kimi tanıyıb və qəbul edib. Bu gün də Çingiz Mustafayev milli jurnalistikamızın simvoluna çevrilib. Məlumat verilib ki, məhz Çingiz Mustafayev paytaxtımızda ilk musiqi mərkəzi olan “Disko”-nu yaradıb, “Ozan” folklor qrupunda, “Ekspromt” gənclər studiyasında iştirak edib. Festivalda Bakının 11 məşhur dj-i iştirak edib. Onlar gecəni 70-ci illərin hitləri ilə açıb zamanımızın məşhur trekləri ilə bağlayayıblar.

Çingiz Mustafayevin doğum günü ilə əlaqədar eyni zamanda Yasamal parkında konsert proqramı təşkil edilib. ANS Şirkətlər Qrupunun Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi konsertdə tanınmış və gənc müğənnilərin ifaları dinlənilib.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO