Milli Məclis bir sıra beynəlxalq sazişləri ratifikasiya edib

İclasda Azərbaycan və Kolumbiya hökumətləri arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması ilə bağlı Saziş təsdiq olunub.

Həmçinin iclasda Azərbaycan Hökuməti və Monteneqro Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında, iqtisadi əməkdaşlıq haqqında sazişlər təsdiq edilib.

Parlamentin iclasında “Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycanda 30 gündən artiq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında” Əsasnaməyə də dəyişiklik edilib.

Dəyişikliyə əsasən, məhkəmə qərarı əsasında verilmiş sənədin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varsa, həmin şəxsə Azərbaycanın hüdudlarından kənara
çıxmaq üçün şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO