Milli Məclis Mehriban Əliyevanın müraciəti ilə amnistiya aktı qəbul edib

Milli Məclis Mehriban Əliyevanın müraciəti ilə amnistiya aktı qəbul edibBu gün Milli Məclisin növbəti plenar iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən 28 May – Respublika Günü münasibətilə amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə edilən müraciət müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra amnistiya aktı səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, amnistiya aktının 10 min nəfər məhbusu əhatə edəcəyi gözlənilir. 10 min nəfərdən 3500 nəfəri azadlıqdan məhrumetmə yerlərindən azad ediləcək.

Qeyd edək ki, bu, Mehriban Əliyevanın amnistiya aktı ilə bağlı Milli Məclisə 4-cü müraciətidir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO