Metyu Brayza: “Azərbaycan öz ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir”

“Hamımız yaxşı bilirik ki, Ermənistanda rus hərbçilərinin xidmət etdiyi hərbi baza var. Bu səbəblə tərəflər arasında hərbi-texniki saziş imzalanması məntiqlidir”. APA-nın xəbərinə görə, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Ermənistanla Rusiya arasında hərbi-texniki razılaşma əldə olunmasına münasibət bildirərkən deyib. Onun fikrincə, əsas məsələ odur ki, Minsk Qrupunun həmsədri kimi Rusiya imicini necə qoruyacaq: “Mən bu sazişin məzmununu bilmirəm, lakin hər şey açıq, şəffaf olmalıdır ki, bütün həmsədrlər Rusiya ilə Ermənistan arasında nələr baş verdiyini bilsin. Bu olmadan etimad olmaz”.
M. Brayza Ermənistanla Dağlıq Qarabağ arasında uçuşların həyata keçirilməsi cəhdlərinə də toxunaraq bildirib ki, bu məsələ bölgədə vəziyyəti gərginləşdirə bilər: “Azərbaycan öz ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir. Təkcə aeroportun istismarına başlanması yox, ona reaksiyalar da regionda gərginliyin yaranmasına səbəb ola bilər”.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO