MDB ölkələrinin hökumət başçıları mayda Minskdə bir araya gələcəklər

MDB ölkələrinin hökumət başçıları mayda Minskdə bir araya gələcəklər İclasın gündəliyi fevralın 8-də Birliyin Nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının iclasında müzakirə ediləcək. Bu barədə MDB İcraiyyə Komitəsinin məlumatında deyilir. Birliyin iştirakçı dövlətlərinin daimi səlahiyyətli nümayəndələri ilk oxunuşda MDB ölkələri hökumət başçılarının iclasının gündəliyini müzakirə edəcəklər.

Layihəyə azad iqtisadi zona, innovasiya əməkdaşlığı, ərzaq təhlükəsizliyi, istehlakçıların hüquqlarının müdafiəsi, atom enerjisindən dinc istifadə ilə bağlı məsələlərin daxil ediləcəyi gözlənilir.

İqtisadi xarakterli sənədlərlə yanaşı, hökumət başıçılarına müzakirə üçün humanitar sahədə qarışılıqlı fəaliyyətlə bağlı bir sıra məsələlər təqdim olunacaq.
Daimi nümayəndələr 2011-ci il aprelində Kiyevdə keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyini də formalaşdırmaq niyyətindədirlər. MDB Xarici Işlər Nazirləri Şurasına baxılmaq üçün Birlik çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığı tənzimləyən təxminən 20 sənəd layihəsi təqdim olunacaq. Xarici işlər nazirləri MDB iştirakçı dövlətləri rəhbərlərinin Birliyin yaranmasının 20 illiyi ilə bağlı bəyənatının və onların xalqlara və dünya ictimaiyyətinə 1941-1945-ci illər Böyük Vətən Müharibəsinin başlanılmasının 70-ci ildönümü ilə bağlı müraciətinin layihəsini müzakirə edəcəklər.

MDB Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyinə MDB ölkələrinin təhlükəsizlik və miqrasiya, mədəniyyət və elm, gənclər siyasəti və təhsil sahələrində qarşılıqlı fəaliyyət məsələləri də daxil ediləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO