MDB ölkələri XİN-ləri arasında məsləhətləşmələr keçirilmişdir

Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri vətəndaşlarının bu dövlətlərin ərazisində yaşaması və fəaliyyəti ilə bağlı problemlərin həlli üzrə MDB-nin xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçirilmişdir. Tədbirdə Azərbaycanın Qırğızıstandakı səfirliyinin konsulluq şöbəsinin müdiri Vüqar İbrahimov iştirak etmişdir.

Görüşdə konsulluq sahəsində MDB çərçivəsində imzalanmış beynəlxalq müqavilələrin yerinə yetirilməsi, bu ölkələrin ərazisində vətəndaşların qeydiyyata alınmasının qarşılıqlı olaraq sadələşdirilməsi, vətəndaşlara Dövlət sərhədini keçmək hüququ verən sənədlərlə bağlı razılaşmaların həyata keçirilməsi, vətəndaş, ailə və cinayət işləri üzrə hüquqi kömək və hüquqi münasibətlər haqqında Minsk və Kişinyov konvensiyalarının yerinə yetirilməsinin vəziyyəti, həmçinin digər sənədlər müzakirə edilmiş, müvafiq razılaşmalar əldə olunmuşdur.

AzərTAc

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO