Malena Mard: Azərbaycan və Aİ tərəfdaşlığın genişləndirilməsi üzərində işləyirlər

Malena Mard: Azərbaycan və Aİ tərəfdaşlığın genişləndirilməsi üzərində işləyirlərAzərbaycan və Avropa ittifaqı (Aİ) əməkdaşlığı genişləndirmək üçün geniş iş aparır. Bunu Trend-ə Aİ-nin Azərbaycandakı missiyasının rəhbəri Malena Маrd deyib.

Onun sözlərinə görə, bu ilin payızında enerji layihələri ilə əlaqədar Aİ nümayəndələrinin Azərbaycana səfərləri gözlənilir, bundan başqa, yaxın aylarda siyasi səviyyədə də səfər gözlənilir.

Səfir bildirib ki, Azərbaycan və Aİ arasında yeni strateji saziş üzrə məsləhətləşmələr davam edir: “Yeni saziş əməkdaşlığın bütün sahələrini əhatə edəcək, ona görə də məsləhətləşmələr çox vaxt tələb edir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO