Magistraturaya qəbul planı aprelin əvvəlində TQDK-ya təqdim ediləcək

Azərbaycanda 2013-2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə qəbul planının müvafiq qurumlar tərəfindən martın sonu, aprelin əvvəlində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim ediləcəyi gözlənilir.

Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev çərşənbə günü “Magistr” jurnalnın 2-cı sayının təqdimatında deyib.

Onun sözlərinə görə, Azərbaycanda hər il magistratura səviyyəsi üzrə qəbul planı 10-15 faiz artır.

“Ancaq builki qəbul planı hələ TQDK-ya təqdim olunmayıb. Martın sonu, aprelin əvvəlində qəbul planının bizə təqdim ediləcəyini gözləyirik. “Magistr” jurnalının 3-cü sayında artıq magistraturaya qəbul proqramları və ixtisaslar dərc ediləcək. Onda qəbul planı haqqında da məlumat vermək mümkün ola bilər”, – Əliyev deyib.

O qeyd edib ki, Azərbaycanda, adətən, magistraturaya qəbul zamanı müsabiqədə iştirak üçün tələb olunan ən yüksək keçid balı humanitar ixtisaslar, ən aşağı keçid balı isə kənd təsərrüfatı, idman və hərbi təyinatlı ixtisaslarda müşahidə edilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO