Mədət Quliyev İranın təhlükəsizlik naziri ilə görüşüb

Mədət Quliyev İranın təhlükəsizlik naziri ilə görüşübAzərbaycan Prezidenti İlham Əliyevin fevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri zamanı dövlət başçısını müşayiət edən nümayəndə heyətinin üzvü Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi ilə görüşüb.

DTX-nin İctimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, işgüzar və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər arasında terrorçuluğa, qaçaqmalçılığa və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı birgə mübarizənin aparılması perspektivləri müzakirə olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO