Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan vətəndaşlarına Misirə səyahət etməməyi tövsiyə edib


Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan vətəndaşlarına Misirə səyahət etməməyi tövsiyə edib

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan vətəndaşlarına Misirə səyahət etməməyi və turizm şirkətlərini bu ölkəyə turist səfərləri təşkil etməməyə çağırıb.
Trend nazirliyin saytına istinadən bildirir ki, Misir Ərəb Respublikasında hökm sürən gərgin vəziyyətlə əlaqədar Azərbaycan vətəndaşlarının adıçəkilən ölkəyə səyahətini və turizm şirkətləri tərəfindən bu ölkəyə turist səfərlərinin təşkilini tövsiyə etmir: “Bildiririk ki, turizm şirkətləri Misirə səfərlə bağlı aparılan bütün rəsmiləşdirmə işlərinin dayandırılmasına dair məlumatlandırılıblar. Xarici turistlərin Misirdə qalması üçün vəziyyət sabitləşdikdə Mədəniyyət və Turizm Nazirliyi müvafiq rəsmi bəyanatla çıxış edəcək”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO