Lənkəranda dövlət-din münasibətləri üzrə maarifləndirmə seminarı keçiriləcək

Azərbaycanın cənub bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, həmçinin ictimayyətin fəalları üçün Lənkəranda “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda seminar-treninq keçiriləcək.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin 15-16 fevralda təşkil edəcəyi seminar-treninqin əsas məqsədi dövlət-din münasibətlərinin daha effektiv səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılmasıdır.
Trend-in məlumatına görə, bu barədə cümə axşamı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Həmçinin dini icmaların radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması seminarın priorotet istiqamətlərindəndir.
Qeyd edək ki, seminar-treninqin açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, millət vəkilləri, Cənub rayonları icra strukturları, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi, digər rəsmi şəxslər, ölkə ictimayətinin, elmi dairələrin nümayəndələri iştirak edəcəklər. Tədbirdə cənub bölgəsinin 7 şəhər və rayonundan ümumilikdə yüzdən artıq dini icmasının nümayədəlrinin iştirakı və seminar çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulmuşdur.
Xatırladaq ki, bundan əvvəl Dövlət Komitəsi Şimal-qərb bölgəsində, Oğuz rayonunda analoji tədbir keçirmişdi.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO