Litva Seyminin spikerinin Azərbaycana rəsmi səfəri başlayıb

Nümayəndə heyəti prezident İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədov, baş nazir Artur Rəsizadə ilə görüşəcəklər. İrena Dyaqutene həmçinin Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edəcək.

Litva Seyminin spikeri fevralın 9-da Azərbaycan-Litva biznes-forumunda iştirak edəcək, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşəcək. İrena Dyaqutene Heydər Əliyev Fondunun fəaliyyəti ilə tanış olacaq, Azərbaycan Tarixi Muzeyinə baş çəkəcək.

Azərbaycan-Litva biznes forumu çərçivəsində Litva Biznes Konfederasiyası və Vilnüs Universiteti Azərbaycandakı tərəfdaşları ilə əməkdaşlıq müqaviləsi imzalayacaqlar.
Spiker fevralın 10-da sənaye və energetika naziri Natiq Əliyev, vergilər naziri Fazil Məmmədovla görüşəcək, Azərbaycan Ədəbiyyatı Muzeyinə baş çəkəcək, Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında konsert proqramını izləyəcək. Həmin gün Litva səfirliyi Azərbaycan Dövlət Filarmoniyasında ölkənin Müstəqillik gününə həsr olunmuş konsert təşkil edəcək. Konsertdə tanınmış litvalı pianoçu Muza Rubatskite Azərbaycan Kamera Orkestri ilə birgə çıxış edəcək. Həmin gün filarmoniyada litvalı rəssam və bəstəkar Mikaloyus Çyurlyönisin əsərlərindən ibarət sərgi açılacaq.

Səfər fevralın 11-də başa çatacaq.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Litvanın iş adamları daxildir. Onlar Bakıda keçiriləcək biznes-forumda iştirak edəcək, Azərbaycana sərmayə qoyuluşu imkanlarını araşdıracaqlar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO