Əli Əkbər Salehi: “İran ABŞ-la görüşə bilər”

İranın xarici işlər naziri Əli Əkbər Salehi ABŞ-ın vitse-prezidenti Co Baydenin ölkəsi ilə ikitərəfli nüvə müzakirələri keçirmək barədə fikrini müsbət qarşıladığını bildirib.

APA-nın məlumatına görə, Ə. Salehi deyib ki, rəsmi Vaşinqton məsələni həll etmək üçün həqiqi və ədalətli yanaşma nümayiş etdirməli, niyyəti inandırıcı olmalıdır: “Çünki ABŞ-la əvvəllər dəfələrlə görüşmüşük. Amma heç bir nəticə əldə etməmişik. On il əvvəl Bonnda Əfqanıstan problemi ilə bağlı ABŞ-la görüşdük Amma Corc Buş İranı şeytan olaraq gördü və bu görüşmədən nəticə alına bilmədi. Bağdadda ABŞ-la dəfələrlə görüşdük və onların səmimi olmadıqlarını gördük. İndi İranın nüvə proqramı ilə bağlı ABŞ-la görüşə bilərik. Lakin bunun üçün qarşı tərəf ciddi və səmimi olmalıdır. İran xalqı böyük mədəniyyətə malik ağıllı və müdrik bir xalqdır. Ona görə də müzakirədən qaçmarıq. Düşmən deyil, dost qazanmaq istəyərik. Amma istiqlalımızı kimsəyə vermərik. İranı başqalarının gücünə tabe edə bilmərik. Təbii ki, İran bölgənin ən güclü ölkəsi olaraq sülhdən yanadır”.

Onun sözlərinə görə, İran üçün “qırmızı xətt” yoxdur: “İran təklifi ciddi şəkildə qiymətləndirəcək. Ancaq ABŞ da ölkəmizi təhdid etməkdən əl çəkməlidir”.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO