Əli Həsənov: “Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündən çox şey gözlənilir”

Əli Həsənov: “Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündən çox şey gözlənilir” Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

O xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri də bu yaxınlarda birgə bəyanat veriblər: “Artıq münaqişənin tezliklə həll olunmasına dair ortada iradə mövcuddur. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündən də çox şey gözlənilir. Həmsədr ölkələrin prezidentlərinin bəyanatında münaqişənin həlli ilə bağlı danışıqların intensivləşdirilməsi və sürətlənməsi çağırışları var. Bu baxımdan Kazan görüşündə də bəzi irəliləyişə nail olmaq imkanları mövcuddur”.

Ə. Həsənov vurğulayıb ki, münaqişənin həlli yalnız Azərbaycandan deyil, neçə illərdir danışıqlar prosesində qeyri-konstruktivlik göstərən Ermənistandan da asılıdır. Onun sözlərinə görə, dəfələrlə ümid bəslənən məsələlər görüşlər zamanı Ermənistan tərəfindən pozulub və ya danışıqlar prosesi ləngidilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO