Əli Əhmədov Neftçalada partiyanın fəalları ilə görüşüb

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi, millət vəkili Əli Əhmədov bu gün Neftçalada partiyanın rayon fəalları ilə görüş keçirib. Trend-in məlumatına görə, tədbirdə çıxış edən Əli Əhmədov YAP-ın 20 ildə Azərbaycanın iqtisadi, sosial inkişafında mühüm xidmətləri olduğunu diqqətə çatdırıb.

“Bu gün Azərbaycanın inkişafı statistik rəqəmlərlə deyil, reallığa uyğun olaraq nəticələrlə sübuta yetirilir. Bu gün respublikamızın hər yerində quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi xalqın maddi rifahının yüksəlməsinə, gündəlik yaşayışının yaxşılaşmasına xidmət edir. Ona görə də Azərbaycan xalqının mütləq əksəriyyəti növbəti 5 ildə də prezident kürsüsündə yenidən İlham Əliyevi görmək istəyir. Məhz buna görə də yerlərdə YAP-ın fəalları daha aktiv olmalı, görülən işləri təbliğ etməlidirlər”, – Əhmədov qeyd edib.

Əhmədov deyib ki, YAP fəaliyyətində gənclərə, həmçinin qadınlara önəm verir.

Görüşdə YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da iştirak edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO