Əli Əhmədov: “El” hərəkatında toplaşanlar Azərbaycanın bu gününü deyil, keçmişini təmsil edir


“Azərbaycanın müasir tarixində dəfələrlə belə uğursuz təşkilatlar yaradılıb. Nəticəsi hər kəsə məlumdur. Əminəm ki, “El” hərəkatı adı qoyulan layihənin taleyi müxalifətin ondan əvvəl yaradılmış təşkilatlarından heç nə ilə fərqlənməyəcək. Səbəb çox sadədir: Xalq onlara inanmır və etimad göstərmək istəmir. Müxalifətin azsaylı bəlli nümayəndələri hansı konstruksiyada olur – olsun, birləşmələri, onların nə nüfuzunu, nə də gücünü artırır. Necə deyərlər, simalar bəlli, niyyətlər aydındır. Bir də ki, toplananların yerinin dəyişməsi cəmə təsir etmir”. Trend-in məlumatına görə, bu fikirləri hakim partiyanın rəsmi saytına açıqlamasında YAP-ın Sədr müavini – İcra katibi Əli Əhmədov bildirib.

Əhmədov qeyd edib ki, “El” hərəkatında toplaşanlar Azərbaycanın bu gününü deyil, keçmişini təmsil edir. İllərdir onlar siyasi ambisiyalarını gerçəkləşdirmək üçün çox təşkilatlar yaradıb, nəyəsə nail ola bilməyiblər. Hər dəfə uğursuzluğa düçar olublar.

“İndi xalq onlara bir dəstə narazı kimi baxır. Uğursuz narazılar isə siyasi faktora çevrilə bilməz. Xüsusilə də bu narazılar çox kiçik azlıqda olanda. Bu mənada adının “El” olmasına baxmayaraq, həmin təşkilatın ictimai dəstəyə ümid etməsi mənasızdır. Nə bu təşkilatın, nə də ənənəvi müxalifətin Azərbaycanın siyasi mühitinə təsir etmək resursları yoxdur. Xalqın böyük əksəriyyəti onlara biganədir. İnsanların maraqları və arzuları ilə müxalifətin ambisiyaları fərqli müstəvilərdə qərar tutur. Xalq öz gələcəyini, Azərbaycanın gələcəyini bugünkü hakimiyyətdə və onun siyasətində görür”- deyə, YAP-ın Sədr müavini vurğulayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO