Əli Əhmədov: “ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatında qərəz, qeyri-obyektivlik aydın görünür”

Bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib.
O bildirib ki, ümumiyyətlə hər hansı dövlətin ayrı-ayrı ölkələrdəki ictimai-siyasi vəziyyətlə əlaqədar hesabat hazırlanmasına onların nə qədər mənəvi-əxlaqi cəhətdən haqqı olub-olmaması məsələsinə də aydınlıq gətirmək lazımdır:
“İstənilən ölkəyə zərrəbinlə baxmaq istəsən, bu və ya digər nöqsanları tapmaq mümkündür. O ki qaldı ABŞ Dövlət Departamentinin hesabatının Azərbaycanla bağlı hissəsinə, burada Azərbaycan reallıqları ilə bağlı həqiqətlərin kifayət qədər ciddi şəkildə təhrif edərək təqdim olunmasına rast gəlmək mümkündür. Azərbaycan kifayət qədər sürətlə inkişaf edir, iqtisadiyyat çiçəklənir, insanların rifahı yaxşılaşır. Azərbaycan insan haqlarının qorunması ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri ardıcıl surətdə yerinə yetirir. Hesab edirəm ki, hər hansı dövlətin Azərbaycandakı reallıqları və gerçəklikləri təhrif edərək hesabat hazırlanmasına haqq qazandırmaq mümkün deyil. Burada qərəz də, qeyri-obyektivlik də aydın şəkildə görünməkdədir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO