Əkrəm Əylislinin “Xalq yazıçısı ” fəxri adından məhrum edilməsi xalqın iradəsindən irəli gəldi

Prezident İlham Əliyevin Əkrəm Əylislinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən və “Xalq yazıçısı” fəxri adından məhrum edilməsi barədə sərəncamı xalqın, ictimaiyyətin, o cümlədən Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın iradəsindən irəli gələn addımdır. Bunu Trend-ə açıqlamasında Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov bildirib.

“Mənim münasibətim ilk gündən aydındır. Mən Əkrəm Əylislinin bu addımını qətiyyətlə pisləyirəm və hesab edirəm ki, “Daş yuxular” əsərini yazmaqla çox şərəfsiz, ləyaqətsiz, namussuz bir hərəkət edib. Əgər bu adam “Xalq yazıçısı” adını daşıyırsa, onu təhqir edirsə, burada bir məntiq yoxdur. Xalqı təhdir edən insan necə “Xalq yazıçısı” adını daşıya bilər?”, – Əsgərov deyib.

Əsgərov Prezidentin sərəncamının tamamilə yerində verildiyini və bu addımı alqışladığını bildirib.
“Əkrəm Əylisli şərəfsiz, ləyaqətsiz, əbləhdir. Hesab edirəm ki, o, nəinki “Xalq yazıçısı” fəxri adı və Prezident təqaüdündən, hətta layiq olmadığı “İstiqlal” və “Şöhrət” ordenlərindən də məhrum edilməlidir”, – Əsgərov deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO