Kiyevdə Azərbaycan-Ukrayna münasibətlərinin perspektivi müzakirə edilib

Ukrayna Ali Radasının sədri Vladimir Rıbak Azərbaycanın bu ölkədəki səfiri Eynulla Mədətli ilə Kiyevdə keçirdiyi görüşdə Azərbaycan-Ukrayna münasibətlərinin perspektivini müzakirə edib. Trend-in məlumatına görə. bu barədə UNN agentliyi Ali Radanın mətbuat xidmətinə istinadən məlumat verir.
Görüş zamanı ikitərəfli əməkdaşlığın bir sıra məsələləri müzakirə edilib. Rıbak bildirib ki, Ukrayna Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verir.
Onun sözlərinə görə, ötən il iki ölkə arasında dialoqun inkişaf dinamikası bunun təsdiqidir. Rıbak bu dialoqun parlamentlərarası səviyyədə də baş tutduğunu qeyd edib.
Ali Radanın sədri həmçinin əminliyini bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi səfəri və bu səfər çərçivəsində Ukrayna və Azərbaycan Prezidentləri Şurasının IV iclasının keçirilməsi bu ilin əsas tədbirləri olacaq.
Rıbak Azərbaycan parlamentinin rəhbərliyinə Ukraynada ötən il keçirilən parlament seçkilərində müşahidəçilərin fəal iştirakına görə təşəkkür edib.
“Onların obyektiv və balanslı qiyməti Ukrayna üçün çox vacib idi” , – o vurğulayıb.
Rıbak parlamentlərarası əməkdaşlıqda dostluq qruplarının əhəmiyyətini qeyd edib.
Bununla belə, o bildirib ki, Ukraynadan bu dostluq qrupunun tərkibinə 36 deputat daxil olub.
Ali Rada sədrinin fikrincə, bu qrupların qarşılıqlı səfərləri iki ölkə arasında dialoqun dərinləşməsinə yardım edəcək.
Rıbakın sözlərinə görə, Ukrayna əməkdaşlığın gələcəkdə aktivləşdirilməsi üçün yeni yolların axtarışı işini davam etdirməkdə maraqlıdır.
Ali Radanın sədrinin sözlərinə görə, ölkələr arasında əməkdaşlıq təkcə siyasi, ticari-iqtisadi sahələrdə deyil, həm də mədəni-humanitar, elm və ali məktəblər arasındakı əlaqələr səviyyəsində də fəal inkişaf edir. Bu baxımdan o, Azərbaycan Milli Aviasiya Akademiyasının bazasında Azərbaycan mütəxəssislərinin O.Qonçar adına Dnepropetrovsk Milli Universitetinin professor-müəlli heyəti ilə kosmik sahədə hazırlığını misal çəkib.
Öz növbəsində Mədətov Ali Radaya sədr seçilməsi münasbitəilə ölkə rəhbərliyi adından Rıbaka təbrik edib və onu Azərbaycana rəsmi səfərə dəvət edib.
Mədətlinin fikrincə, ikitərəfli səfərlər ölkələr arasında münasibətləri dərinləşdirməyə və müxtəlif sahələrdə əməkdaşlığın intensiv inkişaf etdirməyə yardım edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO