İki Dairə Seçki Komissiyasının üzvü vəzifəsindən azad edildi

MSK-nın iclası keçirildiİki Dairə Seçki Komissiyasının üzvü vəzifəsindən azad edildi
Bu gün Məzahir Pənahovun sədrliyilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Lent.az-ın məlumatına görə, əvvəlcə MSK-nın 26 sentyabr, 2 oktyabr, 4 oktyabr, 8 oktyabr, 13 oktyabr və 19 oktyabr 2008-ci il tarixli iclas protokolları ayrı-ayrılıqda səsə qoyularaq, təsdiq olunub.
Gündəlikdə duran ikinci məsələ bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi ilə bağlı olub. Bu barədə məlumat verən MSK sədrinin müavini Svetlana Qasımova və MSK katibi Natiq Məmmədov bildirib ki, 46 və 75 saylı DSK-ların hərəsindən bir nəfər DSK üzvlüyündən azad olunmasını istəyir. Onların DSK üzvlüyündən azad olunması barədə qərar yekdilliklə qəbul olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO