Kentukki ştatının Senatı Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 25-ci il dönümünə dair qətnamə qəbul edib

Kentukki ştatının Senatı Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 25-ci il dönümünə dair qətnamə qəbul edibKentukki ştatının Senatı Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 25-ci il dönümünə dair qətnamə qəbul etdi.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata əsasən, qətnamədə Azərbaycan xalqının 1990-cu il qanlı yanvar hadisələri zamanı verdiyi çoxsaylı qurbanların xatirəsi anılır. “Qara yanvar” faciəsi zamanı bir çox günahsız Azərbaycan vətəndaşının heç bir fərq qoyulmadan və amansız şəkildə qətlə yetirildiyi deyilir.

Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda bu mübarizəsinin 1991-ci ilin oktyabr ayında Azərbaycan Respublikası müstəqilliyinin bərpa olunması ilə nəticələndiyi bəyan edilərək Kentukki ştatı Senatının bu əlamətdar hadisəni Azərbaycan xalqı ilə birgə qeyd etdiyi bildirilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO