Işğal altında olan ərazilərdə yerləşən abidələr barəsində kitab nəşr etdirilib

Kitab «Qarabağ – irsimizin əbədi yaddaşı» adlanır

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə «Qarabağ – irsimizin əbədi yaddaşı» adlı kitab işıq üzü görüç. Kitabda 300-ə yaxın rəngli illüstrasiya, cizgi və abidələrin fotoları əks etdirilib. Kitabda göstərilən abidələrin hamısı hal-hazırda işğal altında olan ərazilərdə yerləşir. Nəşrdə memarlıq abidələri ilə yanaşı, həmin ərazilərdəki arxeoloji obyektlər və daş plastikası nümunələri də öz əksini tapıb. Bütün materiallar işğal olunmuş hər bir rayon üzrə təqdim olunub. Burada həmçinin ən möhtəşəm abidələr haqqında yetərli sayda illüstrativ materiallar ilə təmin olunmuş məqalələr də verilib. Nəşrin sonunda isə əsərdə rast gəlinən tarixi şəxslər barəsində izahlı lüğət və işğal altında olan tarix-mədəniyyət abidələrinin ətraflı siyahısı yerləşdirilib. Kitab Azərbaycan və ingilis dillərində hazırlanıb.Kitab həm ölkə və beynəlxalq ictimayyəti Azərbaycanın mədəni irsinin bu sahəsi ilə yaxından tanış olmasında mühüm rol oynayacaq, həm də Azərbaycanla Ermənistan arasındakı hərbi münaqişədən öncə abidələrin durumunu bilmək və sonrakı vəziyyətləri barəsində monitorinq aparmaq baxımından çox dəyərli bir mənbə olacaq. Mədəniyyət və Turizm Nazirliyi gələcəkdə bu mövzuda daha bir neçə nəşrin hazırlanmasını nəzərdə tutub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO