Hüsnü Mübarək gözlənilən çıxışını edib, istefa verməyəcəyini açıqlayıb

Lakin H. Mübarək bundan əvvəlki açıqlamasını demək olar ki, təkrarlayıb. “Misirlilər öz gələcəklərini özləri həll edərlər” ifadəsi ilə müraciətinə başlayan H. Mübarək bir daha növbəti prezident seçkilərinə qatılmayacağını, lakin növbəti seçkilərə qədər də hakimiyyəti təhvil verməyəcəyini bildirib. O, hakimiyyəti sentyabr ayında təhvil verəcəyini deyib.Buna qədər isə səlahiyyətlərinin bir hissəsini yardımçısı Ömər Süleymana dövr etdiyini vurğulayıb.

Mübarək kütləvi aksiyalarda ölənlərin olmasından üzüldüyünü, bu ölümlərin səbəbkarlarının tapılmasına çalışdıqlarını bildirib.

Misir prezidenti ölkədə siyasi və iqtisadi islahatlar aparacağını, Konstitusiya dəyişiklikləri edəcəyini vəd verib. Xarici sərmayənin ölkəyə gətiriləcəyini, xarici iş adamlarına etibarlı şərait yaradacağını da bildirib.

O, müxalifəti yenidən dialoqa dəvət edib.
H. Mübarək ona xarici təzyiqlərin olduğunu da söyləyib və “biz heç kimsənin oyuncağı deyilik” deyib.

H. Mübarək çıxışını Misirdən getməyəcəyini ifadə edən sözlərlə bitirib: “ Həyatımın başlanğıcı da burdaydı, sonu da burda olacaq. Torpağın altına girənə qədər, ondan sonra da bu ölkədə olacağam. Allah Misiri qorusun!”

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO