Hüquq müdafiə təşkilatı Azərbaycanda zorlama cinayətinə görə cəzaların sərtləşdirilməsini təklif edib

Azadlığın və Sülhün Müdafiəsi (ASM) Beynəlxalq Hüquq Təşkilatı cinsi toxunulmazlıq əleyhinə olan cinayətlərə görə cəzaların sərtləşdirilməsini tələb edir. Təşkilatdan cümə axşamı Trend News-a verilən məlumata görə, ASM-in sədri Mətləb Mütəllimli Milli Məclisin sədri Oqtay Əsədova bu məsələ ilə bağlı məktubla müraciət edib.

Mütəllimli vurğulayıb ki, son zamanlar Azərbaycanda zorlama ilə bağlı zinayətlər artıb. Təşkilat sədri hesab edir ki, insanlığa, xüsusən də mentalitetə yad olan belə cinayət hadisələrinin baş verməməsi üçün tətbiq olunan cəzalar qənaətbəxş deyil.

ASM sədri ağır nəticələrə səbəb olan zorlamaya görə, xüsusilə də (qızını, bacısını, anasını) zorlayan şəxslərə qarşı onları kişilikdən salan kimyəvi iynələr tətbiq elilməsini və yaxud öz seçimlərinə uyğun olaraq ömürlük azadlıqdan məhrum edilməsi kimi daha ağır cəzalar tətbiq olunmasını təklif edib.

Türkiyədə bir müddət öncə uşaqlara qarşı cinsi təcavüz edənlərin cinsiyyət orqanlarının fəaliyyətinin tibbi preparatlar vasitəsilə sıfır nöqtəsinə endirilməsi barədə qanunvericiliyə dəyişiklik edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO