Həftənin ilk iş günü Bakıda hava mülayim olacaq, temperatur nisbətən yüksələcək

Azərbaycan ərazisində havanın temperaturu nisbətən yüksələcək, yağıntılar kəsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, fevralın 4-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir.

Bakıda gecə 2-4° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava gündüz havanın əsasən yağmursuz olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə zəif duman olacaq. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO