Göyçayda “Korrupsiyaya yox deyək ” mövzusunda tədbir keçirilib

Göyçayda Korrupsiyaya qarşı Mübarizə Fondunun təşkilatçılığı ilə “Korrupsiyaya yox deyək” mövzusunda toplantı keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, YAP-ın Göyçay rayon təşkilatında keçirilən tədbirdə çıxış edən Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, rayon icra hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova korrupsiyaya qarşı aparılan mübarizə tədbirləri haqda məlumat verib, bununla bağlı mövcud olan qanunvericilik bazası, şəffaflığın artırılması ilə bağlı yerlərdə müvafiq maarifləndirmə işlərinin aparıldığını bildiriblər. Bir çox idarə və təşkilat rəhbərinin, bələdiyyə sədrinin iştirak etdiyi tədbirdə qeyd olunub ki, Korrupsiyaya qarşı Mübarizə Fondu tərəfindən həyata keçirilən “Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə və virtual məsləhət ” layihəsi Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının müsabiqə proqramında qalib müəyyən edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO