Gürcüstan Türkləri Konfederasiyasında kadr dəyişikliyi

Sərdar Əliyev Gürcüstan Türkləri Konfederasiyasının 1-ci vitse-prezidenti təyin edilib. Bu barədə Publika.Az-a Gürcüstan Türkləri Konfederasiyası (GTK) İnformasiya Departamentindən məlumat verilib. Gürcüstan Türkləri Konfederasiyasının (GTK) prezidenti Daşqın Gülməmmədovun bu gün imzaladığı qərar ilə GTK 1-ci vitse-prezidenti İsrail Məhhərərmovun GTK 1-ci vitse-prezidenti vəzifəsindən azad edilib, başqa vəzifəyə təyin edilib. Sərdar Əliyev isə digər qərar ilə Gürcüstan Türkləri Konfederasiyasının 1-ci vitse-prezidenti təyin edidlib. Sərdar Əliyev Gürcüstan Türkləri Konfederasiyasının təsisçi-assosativ üzvü olan Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) Baş katibi vəzifəsini icra edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO