Gürcüstan prezidenti ilə bağlı baş verən hadisənin təfərrüatları açıqlanıb

Gürcüstanın Prezident Administrasiyası Türkiyədə Mixail Saakaşvili ilə bağlı hadisənin təfərrüatlarını açıqlayıb. Trend-in məlumatına görə, administrasiya tərəfindən çərşənbə günü yayılan xəbərdə bildirlir ki, Gürcüstan prezidentinin üç yerdən sınan çiyninə 40 tikiş qoyulub.
Məlumatda bildirilir ki, ictimaiyyətin prezidentlə bağlı olan bu hadisəyə böyük marağını nəzərə alaraq administrasiya bildirir ki, Saakaşvili velosipedlə gündəlik gəzinti zamanı xəsarət alıb və İstanbul Amerika xəstəxanasında əməliyyat olunub.
“Prezidentin çiyninin üç yerdən sındığı məlum olub və bu səbəbdən o, bazar günü əməliyyat olunub. Saakaşvili bir neçə saat narkoz altında olub, əməliyyatı isə türkiyəli cərrah, professor Mehmet Dəmirxan edib”, – məlumatda bildirilir.
Həkimlərin sözlərinə görə, Saakaşvilinin tam bərpası üçün bir ay vaxt lazımdır.
Administrasiyanın məlumatına görə, prezident 2 gün xəstəxanada qalıb, çərşənbə axşamı isə Ankarada görüşlər keçirib. O, çərşənbə günü Tbilisyə qayıdır.
Saakaşvili özü isə Türkiyənin səhiyyə sistemini yüksək qiymətləndirərək bildirib ki, son illər ərzində bu sahədə “böyük irəliləyişlər” əldə olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO