“Google.az” Üzeyir Hacıbəylinin doğum günü ilə bağlı “doodle ” yerləşdirib

“Google.az” Üzeyir Hacıbəylinin anadan olmasının 128 illiyi münasibəti ilə bu gün xüsusi “doodle” yerləşdirib.
Trend-in məlumatına görə, bu münasibətlə “Google.az” saytında dahi bəstəkarın doğum günü ilə bağlı “Ər və arvad”, “O olmasın, bu olsun”, “Leyli və Məcnun”, “Arşın mal alan” əsərlərinin fotolarını əks etdirən “doodle” hazırlanıb.
Qeyd edək ki, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyliv 18 sentyabr 1885-ci ildə Şuşada anadan olub. Dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim olan Üzeyir Hacıbəyli müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi hesab olunur. 1908-ci il yanvarın 18-də Bakıda H. Z. Tağıyevin teatrında tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. O, həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO