İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi Gürcüstanda növbəti monitorinq keçirəcək

İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi Gürcüstanda cəzaçəkmə müəssisələrində monitorinq keçirəcək. APA-nın xəbərinə görə, bu barədə komitənin Azərbaycandan olan üzvü Lətif Hüseynov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, fevralın 5-dən 15-dək Avropa Şurasının xətti ilə İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin Gürcüstana növbəti monitorinq səfəri təşkil ediləcək:

“Bu komitənin Azərbaycandan olan üzvü kimi nümayəndə heyətinin tərkibində mən də varam. Səfər zamanı Gürcüstanın penitensiar müəssiələri, polis şöbələrindəki müvəqqəti saxlama yerləri, istintaq təcridxanaları, psixatriya müəssisələri yoxlanılacaq. Bu müəssiələrdə saxlanılan şəxslərin saxlanma şəraiti, onlarla rəftar öyrəniləcək. Səfərin yekunu olaraq məruzə hazırlanacaq və İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinə təqdim olunacaq”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO