Gəncədə olan 4 DSK 15 oktyabr seçkisinə hazırdı

Gəncədə seçkilər üzrə 4 dairə seçki komisiyası üzrə 104 məntəqə həyata keçiriləcək.
Artıq dairələrdə seçici siyahısı dəqiqləşdirilib və sabah Mərkəzi Seçki Komisiyyasına göndəriləcək.
Gəncə şəhər 37 saylı Nizami birinci (Gəncə) Dairə Seçki Komissiyasının sədri Zakir Hüseynovun Seçki Komissiyasının sədri APA –nın qərb bürosuna bildirib ki 24 məntəqə üzrə 30 min 665 nəfər seçici siyahıya alınıb. 610 nəfər isə ilk dəfə olaraq seçkilərdə iştirak edəcək. 37 saylı dairənin məntəqələrində seçki prosesini izləmək üçün 2 ATƏT –in nümayəndəsi və 186 yerli müşahidəçi qeydə alınıb. Bunlardan 101 nəfəri siyasi partiyaları 74 nəfər, QHT 7 nəfər isə öz təşəbbüsü ilə təmsil edəcəklər. 37 saylı dairə üzrə 11 məntəqədə «exit-poll» keçiriləcək. 5 məntəqədə isə MSK tərəfindən kamera quraşdırılıb. 38 saylı Nizam ikinci (Gəncə) Dairə Seçki komissiyası seçici siyahısına 24 məntəqə üzrə 32 min 946 nəfər qeydə alınıb. 39 saylı Kəpəz birinci (Gəncə) Dairə Seçki Komissiyasında isə 28 məntəqə üzrə 40 min 114 seçicinin qeydiyyata alındığı bilidirilib.
Avqustun 27-dən Gəncədəki məntəqələrin hər birinə 20 ədə seçkiyə çağırış təşvikat plakatları verilib. DSK sədrləri həmin plakatların şəhərin müxtəlif ərazilərinə bölüşdürülüb. Hər bir məntəqəyə ultrabənövşəyi şüa verən fənər şəffaf boya və ehtiyat batareyalarıda paylanıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO