Gəncədə 400 məhbus seçkidə iştirak edəcək

Azərbaycanın qərbində yerləşən (paytaxt Bakıdan 365 kilometr aralı) Gənəcə şəhərindəki hərbi hissələrdə və 2 saylı İstintaq Təcridxanasında seçki məntəqələrin yaradılması işinə başlanılıb.

Bu barədə cümə günü Trend News-a Gəncədə fəaliyyət göstərən Dairə Seçki Komissiyalarından (DSK) məlumat veriblər. Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd – Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.
Məlumata görə, Gəncənin 3 dairə seçki komissiyası üzrə 7 hərbi hissədə və bir istintaq təcridxanasında seçki məntəqəsi fəaliyyət göstərəcək.
Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında cəza çəkən 400 məhbus prezident seçkilərində iştirak edəcək.
Dairələrdən verilən məlumata görə, Gəncədə artıq 24 məntəqədə vebkameralar quraşdırlılıb.
Bundan başqa, Gəncədə 1067 nəfər müşahidəçi qeydiyyata alınıb ki, onlardan da 546 nəfəri siyasi partiyaların tərkibində, 137 nəfəri öz təşəbbüsü ilə müşahidə aparacaq, 384-ü isə qeyri-hökumət təşkilatlarının nümayəndələridir.
Gəncədə dörd (37, 38, 39, 40 saylı) Dairə Seçki Komissiyası, 104 seçki məntəqəsi var.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO