Gəncə şəhərində prezidentliyə namizədlərdən yalnız dörd nəfərin şəkilləri asılıb

Gəncə şəhərində prezidentliyə namizədlərdən yalnız dörd nəfərin şəkilləri asılıb

Gəncə şəhərində prezidentliyə namizədlərin təbliğat və təşviqat edilməsi üçün ayırılan yerlərdə yalnız dörd namizədin – İlham Əliyev, İqbal Ağazadə, Qüdrət Həsənquliyev və Fazil Mustafayevin şəkilləri asılıb.
Gəncədə yerləşən dörd dairə seçki komissiyasından bildirildi ki, digər üç namizədlərin Gəncədə şəkillərinə asılmamasının səbəbi onların plakatlarını göndərməmələridir.
Qeyd edək ki, 2008-ci il prezident seçkiləri uğrunda mübarizəyə İlham Heydər oğlu Əliyev (Yeni Azərbaycan Partiyası), İqbal Fehruz oğlu Ağazadə (Azərbaycan Ümid Partiyası), Hafiz Ələmdar oğlu Hacıyev (Müasir Müsavat Partiyası), Qüdrət Müzəffər oğlu Həsənquliyev (Bütöv Azərbayacan Xalq Cəhbəsi Partiyası), Fuad Ağasi oğlu Əliyev (Azərbaycan Liberal Demokrat Partiyası), Qulamhüseyn Surxay oğlu Əlibəyli (fərdi qaydada), Fazil Qəzənfər oğlu Mustafayev (Böyük Quruluş Partiyası) qoşulublar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO