Gəncə Şəhər İcra Hakimiyyəti orta məktəb şagirdlərinin aksiya keçirməsinə aydınlıq gətirib

Gəncə Şəhər İcra Hakimiyyəti orta məktəb şagirdlərinin aksiya keçirməsi məsələsinə aydınlıq gətirib.

Gəncə şəhər icra başçısının müavini Naqif Həmzəyev Trend-ə açıqlamasında bildirib ki, faktla bağlı araşdırma aparılıb və yolun bağlanması hadisəsinin baş vermədiyi müəyyənləşib.

Həmzəyev, həmçinin Gəncə şəhər 31 saylı orta məktəbin direktoru Əfran Həsənovun məktəb direktoru vəzifəsindən çıxarılmasını təsdiqləyib.

“Əfran Həsənov məktəb direktoru vəzifəsindən qanuna müvafiq olaraq uzaqlaşdırılıb”, – Həmzəyev bildirib.

Həmzəyev Gəncə şəhər icra başçısı Elmar Vəliyevin 31 saylı orta məktəbdə olması barədə yayılan xəbərlərin də düzgün olmadığını deyib.

Qeyd edək ki, bir müddət öncə aksiyanın şahidi olan şəhər sakinlərinin Trend-ə verdiyi məlumata görə, bu gün günorta saatlarında Gəncə şəhərində 31 saylı orta məktəbin şagirdləri etiraz aksiyası keçiriblər. Şagirdlər məktəbin yaxınlığından keçən avtomobil yolunu – Nəriman Nərimanov prospektini bağlayıblar.

Şagirdlər təhsil aldıqları məktəbin direktoru Əfran Həsənovun vəzifədən uzaqlaşdırılmasına etiraz edərək onun vəzifəsinə bərpa edilməsini tələb ediblər. Polislərin müdaxiləsindən sonra şagirdlər yolu açıblar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO