“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə “də dəyişiklik edilməsi haqqında qanunun tətbiqinə başlanılır

Prezident İlham Əliyev “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” qanunda dəyişiklik edilməsi haqqında” 2012-ci il 28 dekabr tarixli 529-IVQD nömrəli qanunun tətbiqi barədə fərman imzalayıb.

Fərmanla müəyyən edilir ki, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini birinci halda Azərbaycan Respublikasının Prezidenti, ikinci halda Nazirlər Kabineti, üçüncü halda Dövlət Gömrük Komitəsi həyata keçirir.

“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 4-cü maddəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilir:

“Xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsvirini müvafiq icra hakimiyyəti orqanı, onlarla təchizat normalarını müvafiq icra hakimiyyəti orqanı, xüsusi geyim formasının daşınması qaydalarını isə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO