Gələn il ölkədə yaşayış minimumu 20 faiz atırılaraq 84 manata çatdırılacaq

Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda hələ də əhali gəlirlərinin 70 faizdən çoxu yeməyə və paltara xərclənir

Gələn ildən Azərbaycanda yaşayış minimumu 20 faiz atırılaraq 84 manata çatdırılacaq. Həmkarlar Ittifaqları Konfederasiyasının şöbə müdiri Çingiz Fərəcov deyir ki, əhalinin maddi vəziyyəti yaxşılaşdığı üçün istehlak səbətinə daha çox mal və xidmət daxil edilməlidir. Cənab Tağıyev bildirib ki, əvvəllər maliyyə imkanlarının az olmasını nəzərə alınaraq, istehlak səbəti hesablarnarkən yalnız insanın yaşaması üçün tələb olunan fizioloji norma əsas götürülüb. Mütəxəssislər hesab edir ki, bəzi yeyinti məhsullarının ərzaq səbətindəki çəkisi artırılmalıdır: “Əvvəlki illərdə gündəlik ərzaq mallarının qabının enerji tutumu təxminən 2 min 200 kilokalori idi. İndi isə, bu rəqəm 2 min 400-ə çatıb. Bu isə o deməkdir ki ərzaq səbətinə köklü dəyişikliklər edilib. Ət süd məhsulları, meyvə, bostan məhsulları və s. dəqiqləşdirilib”.

Konfederasiyada hesab edirlər ki, əhalinin yaşayış şəraiti yaxşılaşdıqca xidmətlərin sayında da artım olmalıdır. Məsələn əhalinin təhsil, səhiyyə xidmətləri ilə bağlı xərclərinin bir hissəsi yaşayış minimumlarına salına bilər. İstehlak səbətinin dəyəri müəyyənləşdirilərkən struktura əhalinin mənəvi səviyyəsinin yüksəldilməsinə yardım edən kino, teatr və internetdən istifadə də əlavə edilməlidir. Əhalinin nəqliyyat, rabitə və kommunal xidlmətlərə xərcləri artığından bu artımlar yaşayış minimumlarına daxil edilməlidir. Cingiz Fərəcovun sözlərinə görə, milli məclisə göndərilmiş təkliflərdə gələn il üçün yaşayış minimumunun 70 manatdan 84 manata çatdırılması nəzərdə tutulur: “Əmək qabiliyətl 92 manat, pensiyalar üçün 65 manat ,uşaqlar üçün 0-15 yaşına qədər 69 manat təxminən bu rəqəmlər milli məclisdə müzakirə olununrorta aylıq əmək haqqı 253 manat proqnozdur əlavələr deyəndə ki onlar var idi amma bunların miqdarı dəqiqləşdirilib. Uşaqlar üçün daha çox süd lazımdır süd məhsulları lazımdır ona görə ki onlara ət , meyvə lazımdır vitaminlər və s. Ona görə əlbəttə bunlar dəqiqləşdirilməli idi əlavələr çeşidə çox az cuzi”.

Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda əhali gəlirlərinin 70 faizdən çoxu yeməyə və paltara xərclənir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO