Gəncədə “ASAN xidmət ” mərkəzinin açılışı olub

Bu gün Gəncədə “ASAN xidmət” mərkəzinin açılışı olub.

Trend-in məlumatına görə, mərkəz üçün yeni 3 mərtəbəli bina inşa edilib. Mərkəzdə Gəncə şəhəri və ətraf 10 rayonun təxminən 1 milyona yaxın sakininə xidmət göstəriləcək.

Aşılış mərasimində Prezident Adminstrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov da iştirak edib.

Tədbirdə bildirilib ki, ölkə üzrə Bakıda 3, Sumqayıtda 1 olmaqla 4 mərkəz fəaliyyət göstərir, bu gün istidafəyə verilən “ASAN xidmət” isə sayca 5-ci mərkəzdir. Eləcə də səyyar avtobuslarla vətəndaşlara xidmətlər göstərilir.
Gəncə regional “ASAN xidmət” mərkəzi Gəncə şəhəri, Heydər Əliyev prospekti, 87a ünvanında yerləşir.
Mərkəzin inzibati binasının tikintisinə 2013-cü il mart ayından başlanıb. Bina və binanın qarşısında parkın tikintisi üçün Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 6500 kvadratmetr sahə ayrılıb. Mərkəzin inzibati binasının sahəsi 4 min kvadratmetr olmaqla 4 mərtəbədən ibarətdir.
Bina müasir istilik, soyutma və havalandırma sistemi ilə təchiz edilib. Binanın qarşısında yerləşən park şəhər əhalisinin istirahəti üçün müasir formada təmir edilib.
Parkda iki hovuz, müasir tipli işiqlandırma sistemi qurulub, uzunluğu 8 metr, hündürlüyü 4 metr olan led-panel quraşdırılıb. Paneldə “ASAN xidmət” mərkəzində göstərilən xidmətlər, rüsumlar, mərkəzin əhatə etdiyi rayonlar və s. informasiyalar daimi nümayiş etdiriləcək.
Binanın birinci və ikinci mərtəbələrində funksional yardımçı xidmətlər (bank, sığorta, tərcümə mərkəzi, hüquqi yardım xidməti, tibb xidməti, kafe, uşaq əyləncə mərkəzi və s.) və vətəndaşların gözləmə zalı yerləşir. Üçüncü və dördüncü mərtəbələrdə dövlət orqanlarının xidmət pəncərələri və “ASAN xidmət” mərkəzi işçilərinin inzibati otaqları yerləşir.
İnzibati bina Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mülkiyyətindədir.
Regional mərkəzin xidmət göstərəcəyi əhatə dairəsi (min nəfərlə):
– Gəncə – 323.3
– Şəmkir – 206.9
– Gədəbəy – 96.1
– Daşkəsən – 29.9
– Göygöl – 59.9
– Goranboy – 98.1
– Samux – 55.7
– Naftalan – 9.3
– Kəlbəcər – 70.5
– Xocalı – 14.0
Ümumilikdə Gəncə regional “ASAN xidmət” mərkəzi 1 milyon nəfərə yaxın vətəndaşa xidmət göstərəcək.
Mərkəzdə tətbiq olunan müasir innovativ yeniliklər:
– rüsumlar, xidmətlər haqqında məlumatı və ərizə nümunələrinin doldurulmasını özündə əks etdirən Elektron Məlumat Mərkəzləri (Touch Screen) – 3 ədəd
– Elektron rəy sorğusu köşkləri (exit poll) – 2 ədəd
– Elektron şikayət köşkü (Skype) – 1 ədəd
– şəffaf monitor – 1 ədəd
– üçtərəfli görünüşə malik məlumat köşkü (mərkəzin içində) – 1 ədəd
– üçtərəfli görünüşə malik xarici təsirlərə davamlı məlumat köşkü (binanın fasadında yerləşdirilib) – 1 ədəd
Mərkəzdə işləyəcək işçilərin ümumi sayı 150 nəfərdir, onlardan 55-i könüllüdür.
Qeyd edək ki, mərkəzdə 9 dövlət qurumu tərəfindən həyata keçiriləcək 25 hüquqi və 22 funksional yardımçı xidmətlərdən Gəncə ilə yanaşı, həmçinin Azərbaycanın digər 10 rayonunun əhalisi də istifadə edəcəkdir. Ümummillikdə mərkəz 1 milyon nəfərə yaxın vətəndaşa xidmət göstərəcək.
Mərkəzin inzibati binasının sahəsi 4 min kvadratmetr olmaqla, 4 mərtəbədən ibarətdir. Bina və binanın qarşısında parkın tikintisi üçün Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən 6500 kvadratmetr sahə ayrılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO