Fevralın 26-da Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Fevralın 26-da Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov açıqlamasında bildirib ki, Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda keçiriləcək yürüş və anım tədbiri ilə əlaqədar Azadlıq meydanı, Neftçilər prospekti ilə Xocalı parkı istiqamətində səhər saat 07.30-dan yollar bağlanacaq. Həmçinin Azneft dairəsindən Neftçilər prospekti ilə hər iki istiqamətdə, Heydər Əliyev, Zərifə Əliyeva, Babək, Nobel prospektləri, 10-cu zavod, Cavanşir körpüsü, Puşkin, Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, M. Mehdizadə, Ayaz İsmayılov və Tağızadə küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək. Həmin yollar mərasim başa çatanadək bağlı qalacaq.

V. Əsədov sürücülərə müraciət edərək onları alternativ yollardan istifadə etməyə çağırıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO